19-cu ilin ilk günü və ya Happy B-day to me :)

Əslində, yeni bloqerlər arasında ad gününü post yazaraq qeyd etmək dəb halını alıb. Odur ki, Pirim, Gülnar və başqaları məni təkrarçılıqda günahlandıra bilərlər. Amma hansısa əlamətdar gündə az qala bütün bloqerlər nəsə yazır (hətta məktəbdə də inşa yazdırırlar uşaqlara). Hər bir insanın doğum günü də onun üçün əlamətdar bir gündür. Hətta bu günü ən adi formada keçirsən belə günün sonuna kimi özündə nəsə bir qeyri – adilik hiss edirsən. Mən də istədim ki, bu günlə bağlı nəsə yazım. Baxmayaraq ki, bütün yazılarımı ən azı 1 həftə əvvəldən düşünüb, beynimdə götür – qoy edirdim, bu yazım barədə heç bir təsəvvürüm yoxdur: nə yazacağımı bilmirəm. Hətta bu cümləni yazıram və sonrakı cümləni necə quracağımdan xəbərim yoxdu. Görək dəə, görək nə alınır 🙂.
Əslində o qədər də əlamətdar bir gündə doğulmamışam: 8-ci ayın 5-ci günü. Yəni bu sarıdan özümü həddən artıq şanslı insan hesab eləməyi mənasız bir iş sayıram. Amma nədənsə həmişə bu tarixlə uyğun bir tarixə hardasa rast gəlsəm, onu daima yadımda saxlamışam (məs. Şəhidlər Xiyabanında, məşəl tikilisinin üzərində həmin tikilinin məhz 5 avqust tarixində tikildiyi yazılıb). Və həmişə də mənə elə gəlib ki, bu gün məni tanıyan hər kəs sevinir. Əslində mənasız bir düşüncədi. Niyə də sevinsinlər ki?! Bir dəfə doğulmuşam, vəssalam da…
Bu il ilk dəfədir ki, doğum günümü evimdən 2000 km uzaqda qeyd edirəm. Bəlkə də buna görədir ki, həmişəki həyəcan yoxdur içimdə. Yəqin mama Bakıda aş, tort filan bişirəcək, qonaqlar gəlib yeyib içəcəklər mənim sağlığıma. Onlar içib sağlamlıqlarını korlayacaqlar, amma mən sağlam olacam… Paradoksun yeri var hə?
Düzünə qalsa, bu vaxta kimi olan həyatımı elə də həddən artıq uğurlu hesab eləmirəm. Özümün qazandığım yeganə uğur ali məktəbə qəbul olmaq olub. Onda da qəbul olduğumla bağlı cavablar məhz avqustun 5 – də çıxmışdı. Öz yeganə uğurumu doğum günümə hədiyyə eləmişəm… Ay, nə romantik… Gözlərim yaşardı lap… 🙂
Bir dəfə sırf maraqdan 5 avqustda doğulan məşhur insanların siyahısına baxdım və aralarında yalnızca Aya ayaq basan ilk insan – L. Armstronqun adını tanıdım. İndi deyirlər ki, əslində onun Aya ilk ayaq basan insan olması ilə bağlı faktlar yanlışdır, odur ki, atanşiklə eyni gündə doğulmağın əziyyətini çəkirəm 😉.
Hə, bir az da özüm haqqında danışım: xarakterimin necə olduğunu deyə bilmərəm, mənə elə gəlir ki bu günə kimi hələ də özümü tapmamışam. Ancaq bununla belə hər zaman hər kəsdən fərqli olduğumu düşünmüşəm. Sora bilmişəm ki, əslində hamı özü haqqında belə düşünür. Amma mənə hər zaman elə gəlir ki, mən başqalarından fərqli davranıram, amma başqalarında belə bir fərqin fərqinə varmamışam (maşallah, yaxşı cümlə qurmaq bacarığım da var).
Axırıncı cümləni oxuduqdan sonra kimisə öskürək tutubsa, gedib bir stəkan su içib gələ bilər. Gözdüyürük, heç hara tələsmirik.
Hər zaman fərqli davranmağa çalışmışam, çünki mənə elə gəlib ki, yalnız bu cür yadda qalmaq olar. Bəzi tanışlarım mənim süni olduğumu, səmimi olmadığımı, sırf publika üçün işlədiyimi düşünürlər. Bəli, elədi, mən hər zaman insanların diqqətini çəkməyə çalışmışam və bunu etiraf edəcək qədər də səmimiyəm. Heç vaxt kiminsə üzünə yalandan gülməmişəm, heç vaxt kiminsə haqqında düşündüklərimi ürəyimdə saxlamamışam. Ona görə yox ki, safam, ya da çox dürüstəm. Ona görə ki, ancaq bu cür ətrafımdakı ikiüzlü, yalançı, yaltaq insanlardan fərqlənəcəyimi düşünmüşəm. Və heç vaxt eyni münasibəti iki fərqli insana göstərməmişəm. Həmişə, hər kəsə fərq qoyuram. Məsələn, kiminsə ad gününü təbrik edəndə həmin insan haqqında nə düşündüyümü tam şəkildə çatdırmağa çalışıram. Yəni, “mən bu günü ona görə gözdüyürdüm ki, sənin haqqında düşündüklərimi sənə deyim. Bax, sənin bu ad günün mənim üçün ona görə önəmlidir”.
Yeri gəlmişkən, bu ad günü təbrikləri də ən yaralı yerimdi. Bu barədə bir neçə gün əvvəl facebookda status yazmışdım, fikirlərimi də tam olaraq bölüşdüm. Yəni əgər bir dost olaraq mənə xüsusi bir arzun yoxdursa, təbrik etməyə bilərsən. Mənim dostluğumda 200 nəfər var və onların hər biri mənim adımı səhifənin yuxarı sağ küncündə görüb təbrik eləyirsə bu o demək deyil ki, məni 200 nəfər çox sevən insan var. Elə olsaydı çoxdan özümə fan page açardım 🙂. Yəni oturduğum yerdə qolumun altına qarpız dürtməyə çalışmayın. Şablon sözlərdən də zəhləm gedir: “sevinc başının tacı, kədər ayağının tozu olsun”, ay nə bilim “sevgi yağışı altında çətir tapmayasan” filan… Bu cür təbriklərin ucbatından hər bayramdan sonra bir neçə kilo itirirəm. Mənə ən ləzzət eliyən təbrik sözləri də hansıdı, bilirsiz? Hehe… Söhbətə baxın indi: “səni təbrik edirəm, özün özünə nə arzu edirsənsə, mən də sənə onu arzu edirəm” Hahah. Yeri var hə? “Özün özünə nə arzu eləyirsənsə elə onu arzu eləyirəm sənə. Başqa heç nə. Çox şey arzulasaq, qudurarsan sonra” Adama deyərlər, qardaşımsan, yaxşı deyil, bir – iki dənə də başqa şey arzula 🙂. Yəni 3 dənə cümləni yan – yana qurmaq bu qədər çətindiii? “Sən nə arzu edirsənsə, mən də onu arzu edirəm”. Bəlkə mən sənin ölməyini arzu eliyirəm. İndi arzula mənə eyni şeyi… Arzula daa 🙂
Amma mənim dostlarım hər zamankı kimi fərqləndilər: olduqca maraqsız və boş keçən doğum günümdə həddan artıq super təbriklər eşitdim. Özü də düz 6 dildə (azərb., türk, rus, ingilis, alman və italyan)… Təkcə bir hal məni biraz dilxor elədi: oğlan dostlarımın çoxu təbrikin sonunda “öpürəm” yazırdılar, amma təəssüf ki, qızlarda bu hala cəmi bircə dəfə rast gəldim. Heheh) Yenə də çox sağ olun, uşaqlar, xoş sözlərə görə, çox minnətdaram.
Ümumiyətlə, insan özü – özünə nə arzu edə bilər ki? Mən şəxsən özüm özümə heç nə arzu eləmirəm. Nə arzu eliyə bilərəm ki? İnsanın məqsədləri ola bilər, arzuları yox. “Arzum budur, xaricdə təhsil alım!”. Adama deyərlər get al daa, bizə nə? Hehe… “Arzum budur, xaricdə təhsil alım… Amma xarici dil filan bilmirəm. Həvəs də yoxdu öyrənməyə. Görəsən, arzum həyata keçər?” Keçər, keçər. Gələn ad günündə də arzula, yuxarıda ikisin də toplayıb, göndərəcəklər səni oxumağa. Buralarda ol! 🙂. Bəziləri də deyir ee: “mən özümə dzan sağlığı arzu eləyirəm”. (can yox, dzan). Puah… Arzula, arzula… Onsuz da yaş 30 – u keçən kimi aparat başdıyacaq zəifləməyə, bir də ayılacaqsan ki, başın yerə qoyub artıq. Sözsüz ki, başqalarının arzu eləməyi başqa məsələ, çünki başqaları sənin taleyini idarə edə bilməz. Amma insanın özü – özünə nəsə arzulamağı mənə çatmır. O ki qaldı xoşbəxtliyə, məncə o mənim öz əlimdədir.
Nəisə, çox danışdım deyəsən. 18 – ci ili də belə yola verdik. Bu il ərzində bəlkə də itirdiklərim qazandıqlarımdan çox oldu, amma yenə də xoşbəxtəm. Ümid edirəm, inşallah gələn il, avqustun 5 – də başqa bir post yazıb özüm özüm təbrik edərəm və özümə can sağlığı arzu eliyərəm… 🙂 haha) axırıncını zarafat üçün yazdım 🙂.
Belə… Bir neçə məntiqi əlaqəsi olmayan cümlə ilə başınızı ağrıtdım. Ancaq üzr istəmirəm… Bilirəm ki, sizə də xoş oldu oxumaq.

Allah amanında!

4 thoughts on “19-cu ilin ilk günü və ya Happy B-day to me :)

  1. Pingback: Əsrin beşdə biri və ya Happy Birthday to ME :) | İlkin Seyidzadə

  2. He Ilkin demeli bele… Kenardan birine muwahide etmek ozun-ozune etdiyin muwahideden daha da effektlidi 🙂 Yeni demek istiyirem ki,sen ferqlisen… Her bir wexse ayri-ayriliqda munasibet yaradirsan. Meslehetlerini esirgemirsen.Etrafdakilarini ozune tez celb edirsen oz sozlerinle,meslehetlerinle… Insan ozune cox istekler arzulaya biler. Amma o demek deyil ki, vso ad gunum geldi bir arzu tutacam sehersi gun bu arzum yerine yetecek…Insan oz arzularini elde etmek ucun ruslar demiwken “dvijeniya” etmelidi, onun ugrunda mubarize aparmalidi,caliwmalidi. Yeni her bir mektebli ucun universitete qebul olmaq, sonra yaxwi fakulte, sonra yaxwi iw ve s. Insan ugurunu ozu oz zehmeti ile elde edende o daha da wirin olur. Ondan sonra da bir de goressen ki, Xowbextlik senin qapini doyur…
    Istemezdim ki, bir de ad gununu teklikde keciresen,cunki “HAYAT PAYLAWINCA GUZELDIR”. Ad gunu sevincini ezizlerinle kecirmek, onu boluwmek bawma alemdir.
    Menim sene arzum ne ola biler.Qoy fikirlewim… 🙂 Ad gunlerini neinki ad gunu diger adi, sade gunlerini doslarinla,ezizlerinle kecirmek,Heyatda boyuk nailiyyetler elde etmek,(mes. TV-de seni gorub ” Aaaa bu bizim Ilkindi! 😀 Sagol Ilkin!” kimi sozleri soylemekdir) hemiwe wen,positiv olmaq, yumor hissinin itmemesi, Heyatda en yaxwilari elde etmeyini, en yaxwi pillelere catmagini arzu edirem… Ne yaxwiki sen varsan.Iyiki dogdun Ilkin…

    Men de sozlerimi bele bitirirem. Deyesen mennen de yaxwi yazici (blogger) cixar. Hah)
    🙂 🙂 🙂 Be Happy FoReVeR!!!

  3. Ay coooox sagol! ^_^ Fikirlerimi aydin ve semimi catdirmaq istedim yeqin ki, buna nail oldum. Guman edirem ki beyendin 🙂

Leave a comment