Nikki…

Hal – hazırda Boris Akunin adlı rus yazıçısının «Черный город» adlı çox maraqlı bir əsərini oxuyuram. Əsərdə 1914 – cü ildə bir rus detektivin Bakıya gəlməsindən, burda onun başına gələn əhvalatlardan bəhs edir. Yazıçı neytral olaraq həmin zaman Bakıda baş verən hadisələr, eyni ərazidə yaşayan ermənilərlə həmin dövrdə olan münasibət, varlı bəylər: bir sözlə həmin dövrü tam şəkildə əks etdirən hadisələr haqda çox maraqlı təsvirlər göstərir.

Əsərin baş qəhrəmanı Fandorin soyadlı şəxs Bakıda tanış olduğu azərbaycanlılar və ermənilər haqda fikirlər söyləyir, sonradan isə özü özünü suçlayır ki, bir insan və ya bir qrup haqda yaranan fikirləri ümumi xalqa aid etmək olmaz.

Fandorinin çox maraqlı bir məşğuliyyəti var: o hər gün “Nikki” adlanan gündəliyə fikirlərini, düşüncələrini yazır ki, beyni dumanlardan xilas olsun. Nikkini heç kim oxumur, o sonradan həmin yazını tullayır, sadəcə fikirlərini özü üçün aydınlaşdırır. Millətlər haqda düşünərkən, Fandorin öz milləti haqda bəzi fikirlər yazır ki, bu mənə çox maraqlı gəldi və qərara gəldim ki, həmin hissəni tərcümə edib paylaşım. Maraqlananlar oxuya bilər.

Mənim xalqımın 2 idioması var ki, mən onlara nifrət edirəm. Çünki bu idiomalar rus millətinin xarakterinin ən pis cəhətlərini özündə əks etdirir. Bizim bütün bəlalarımızın, səbəbi bunlardadır və biz onlardan xilas olmayınca ləyaqətlə yaşaya bilməyəcəyik. Continue reading